312 kilometr neft-qaz xətləri çəkilib

312 kilometr neft-qaz xətləri çəkilib
  28 Yanvar 2014    Oxunub:1396
"Neftqaztikinti" tresti ötən il 312 kilometr uzunluğunda neft-qaz xətləri çəkib.
ARDNŞ "Neftqaztikinti" tresti tərəfindən 2013-cü ildə ümumilikdə 312,6 kilometr (o cümlədən, 53,76 kilometr estakada və özüllərdə, 45,6 kilometrm sualtı, 89,5 kilometr quruda) uzunluğunda müxtəlif diametrli neft-qaz xətləri çəkilib.

AzVision.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, trest ötən il 365 kilometr uzunluğunda quru, 5,8 kilometr uzunluğunda isə sualtı kabel xətləri çəkib. Eyni zamanda, ümumi çəkisi 35 610 ton olan metal və metal-konstruksiya quraşdırılıb, 50 mindən çox qaynaq birləşmələrinin defektoskopiyası işləri yerinə yetirilib, 20 443 kubmetr həcmində dəmir-beton və əmtəə betonu istehsal olunub, 4597 metrlik estakadada və 24 937 kvadratmetrlik meydançada tikinti-təmir işləri aparılıb, 535 043 kvadratmetr sahədə asfalt örtük vurulub.

Trestin Gürcüstan nümayəndəliyi qonşu respublikada neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisini, infrastruktur layihələrinin icrasını həyata keçirib. Nümayəndəlik "SOCAR Georgia Gas Ltd"-nin sifarişinə əsasən "Bolnisi rayonunun Talavani (Faxralı) kəndinin qazlaşdırılması", "Marneuli rayonunun Keşalo kəndində orta təzyiqli qaz xətlərinin tikintisi", eyni zamanda, "Gürcüstan Neft Qaz Korporasiyası" SC-nin sifarişi ilə "Abaşa-Senaki qaz xəttinin (28") 29 km-lik hissəsinin tikintisi" layihələrinin icrasını uğurla başa çatdırıb.


Teqlər:





Xəbər lenti