III qrupda 555 abituriyent 600 balı keçib

 III qrupda 555 abituriyent 600 balı keçib
  11 Sentyabr 2020    Oxunub:5596
Bu il III ixtisas qrupunda Azərbaycan və rus bölməsində 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 555 nəfərdir.

Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Diorektorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyillidirlər.

“Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində), dövlət və ictimai münasibətlər, eləcə də digərləri olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət, tarix müəllimliyi olub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   DİM   Abituriyent  





Xəbər lenti