Hər məktəbdə izolyasiya otağı olacaq

Hər məktəbdə izolyasiya otağı olacaq
  11 Sentyabr 2020    Oxunub:3960
Məktəblərdə COVID-19-la bağlı hər hansı ilkin yardımın göstərilməsi nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, hər mətkəbdə kiçik qərargahlar olacaq.

“Bununla bağlı direktorlara göstəriş verilib. Hər məktəbdə izolyasiya otağı olacaq. Hansısa şagirdin və ya müəllimin hərarəti olarsa, maska ilə təmin olunub, otağa yerləşdiriləcək. Bundan sonra təcili yardım çağrılacaq, həmin şagird və ya müəllimdən COVID-19 analizi götürüləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   COVİD   Yardım  





Xəbər lenti