Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək

 Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək
  11 Sentyabr 2020    Oxunub:3200
Valideynlərin övladlarını yenidən müəllim yanında hazırlıq keçməsi üçün məktəbə göndərməsinə imkan verilməcəyək.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bütün görülən tədbirlərdə əsas məsələ məktəb kimi sıxlıq olan yerlərdə epidemioloji vəziyyəti nəzarətdə saxlamaqdır.

“Bu şagirdlər hazırlıq üçün yenidən məkəbə gələcəklərsə, sıxlıq yaranacaq. Valideynlər övladları üçün yenidən müəllim tutmaq istəyirlərsə, bu, onların öz seçimləridir. Lakin bunun məktəb daxilində edilməsinə imkan verilməcəyək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Müəllim   Hazırlıq  





Xəbər lenti