Konqo millisinin futbolçusu “Neftçi”də

Konqo millisinin futbolçusu “Neftçi”də
  11 Sentyabr 2020    Oxunub:3056
Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.
Azvision.az kluba istinadən xəbər verir ki, Konqo milli komandasının üzvü Prins İbara ilə birillik müqavilə imzalanıb.

Belçikanın “Birşot” klubuna məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında komandamızın heyətində çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Prins İbara Konqonun ACNFF, Qabonun "Pelikan”, Tunisin “Bizerten”, Qətərin “Əl-Vakra” və Əlcəzairin “USM Əlcəzair” klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti