Naxçıvanda 1437 nəfər 200-dən çox bal toplayıb

Naxçıvanda 1437 nəfər 200-dən çox bal toplayıb
  12 Sentyabr 2020    Oxunub:3250
Bu il buraxılış imtahanlarında 100-300 bal arası nəticə göstərən məzunların sayı 1490 nəfər olub ki, bu da ötən ildəki göstəricidən 10 faiz çoxdur. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1437-si 200 baldan yuxarı nəticə göstərib.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib.

Onun sözlərinə görə, ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 10 faiz artıb.

Nazir bildirib ki, ötən tədris ilində 10 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda da bu sahədə işlər davam etdirilir.

"2019-2020-ci tədris ilində 4 müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, 6 müəllim Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 4 müəllim və 1 dövlət qulluqçusu isə “Tərəqqi” medalı ilə təltif edilib. Bununla yanaşı Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə istedadlı şagirdlərdən 2-sinin adı Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na yazılıb, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti sayəsində təhsilin səviyyəsi yüksəlib. 2019-2020-ci tədris ilində şagirdlər müxtəlif sahələrdə uğurlu nəticələr qazanıblar. Bu tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 34-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 52-si fərqlənmə attestatına layiq görülüb. Muxtar respublika üzrə şagirdlərdən 24-ü Respublika fənn olimpiadasının qalibi olub".



Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışıb. Bildirilib ki, 2020-2021-ci tədris ilində mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalı, dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, müəllimlərə metodiki köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodiki kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud təlimatı qaydalara əməl edilməlidir.

Azvision.az


Teqlər: Naxçıvan   Təhsil  





Xəbər lenti