“Azərişıq”: 8 ayda 1,4 milyonluq oğurluq olub
Hər bir istehlakçı bilməlidir ki, Uçot komplektinə müdaxilə üsullarının müxtəlif olmasına baxmayaraq, bu gün, aşkarlanmayan qüsur yoxdur.
Belə ki, “Azərişıq” ASC tərəfindən quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir ki, bu da yerində müdaxilə hallarının aşkarlanması zamanı operaivliyi təmin edir. Ayrıca qeyd etmək istəyirik ki, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş sayğac-test laborotoriyası və bu sahədə işləyən beynəlxalq şirkətlərdə ixtisaslaşmış peşəkar əməkdaşların olması belə halların dərhal aşkarlanmasını tam təmin edir".
Məlumatda bildirilib ki, uçot işinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində “Azərişıq”ASC tərəfindən “Ağıllı Şəbəkələr” konsepsiyası çərçivəsində aparılan silsilə tədbirlər nəticəsində smart uçot cihazları və onların mərkəzləşdirilmiş idarəetmə sistemi, Avtomatik İdarəetmə və Nəzarət mərkəzləri ilə istənilən müdaxilə halı dərhal aşkar olunur, elektron qeydə alınır, aktlaşdırılır və bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciətlər ünvanlanır:
"Unutmayaq ki, elektrik enerjisi strateji məhsuldur, onun əldə edilməsi üçün əsas xammal – təbii sərvətlərimizdir. Hər bir vətəndaş, belə şəxslərin əməllərini ictimai qınaq predmetinə çevirməli, elektrik şəbəkələrinə icazəsiz qoşulma və ya elektrik şəbəkəsi obyektlərinin işinə müdaxilə etməsi haqda “Azərişıq” ASC-nin fasiləsiz fəaliyyət göstərən 199 Çağrı Mərkəzinə vaxtında məlumat verməli, bununla da sərvətlərimizin talanması hallarının, həmçinin müdaxilələr səbəbindən baş verə biləcək qəzaların qarşısını almağa kömək etməlidir.
“Azərişıq” ASC olaraq, qanunsuz yola baş vuran abonentlərə bir daha müraciət edirik, onları dövlət əmlakını mənimsəməkdən, oğurluq etməkdən çəkinməyə çağırırıq.
Onu da qeyd edək ki, kənar xətt və xüsusi qurğular vasitəsiylə enerji təchizatına qanunsuz müdaxilə edən şirkət və müəssisələrlə yanaşı MTK- lar da var. Növbəti dəfə belə qanunsuz hallara yol verən, oğurluqla məşğul olanların siyahısı mediaya təqdim olunacaq".
Azvision.az
Teqlər: Azərişıq Elektrik Enerji