Vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı
Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub.
Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00 tarixinədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.
Təhsil Nazirliyi elektron yerləşdirmədə uğur qazanmış namizədləri təbrik edir və müsabiqə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
Azvision.az