Sumqayıtda 118 abituriyent 600-dən çox bal toplayıb

Sumqayıtda 118 abituriyent 600-dən çox bal toplayıb
  12 Sentyabr 2020    Oxunub:4032
Hər il qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələri məhz Sumqayıt məktəbliləri göstərirlər.
Azvision.az xəbər verir ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, bu il qəbul imtahanlarında 2385 abituriyent iştirak edib ki, onlardan 118-i 600-dən yuxarı bal toplayıb:

"Məktəblər üzrə - Təbiət elmləri təmayüllü gimnaziyadan 26, Texniki və təbiət elmləri liseyindən 15 abituriyent, İstedad liseyindən 8, 12 nömrəli tam orta məktəbdən 9, 31 nömrəli tam orta məktəbdən 7, Təfəkkür liseyindən 6, 35 nömrəli tam orta məktəbdən 6, 4 nömrəli tam orta məktəbdən 5 abituriyent 600-dən yuxarı bal toplayıb.

Təbiət elmləri təmayüllü gimnaziyada abituriyentlərin 44,8 faizi, Texniki və təbiət elmləri liseyində 26,3 faizi, İstedad liseyində 22,8-faizi, 40 nömrəli tam orta məktəbdə 22,2 faizi, Təfəkkür liseyində 17 faizi, 12 nömrəli tam orta məktəbdə 11,3 faizi, 31 nömrəli tam orta məktəbdə 10 faizi 600-dən yuxarı bal toplayıb".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Sumqayıt   Məktəb   Abituriyent  





Xəbər lenti