Ali məktəblərdə dərslərin keçirilmə qaydası açıqlandı
Təlimatda ali və orta ixtisas təhsili müəssisələrində əyani və qiyabi təhsilalma formalarında tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili məsələlərinə izahat verilib. Sənəddə tədrisin növbəli təşkilinə, əyani və distant dərslərin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Belə ki, təlimata əsasən tədrisin distant təşkili zamanı nəzəri fənlərin tədrisinə üstünlük verilməsi, bu məqsədlə uyğunlaşdırılmış tədris planlarının tətbiq edilməsi nəsərdə tutulur. Təlimatda tədris distant formada təşkil olunan zaman istifadə olunan proqram təminatına dair da tələblər müəyyənləşdirilib.
Qeyd edək ki, Təlimata əsasən tədrisin distant təşkili zamanı cari və aralıq qiymətləndirmənin aparılması qaydası, eləcə də imtahan sessiyasının təşkili və dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən ediləcək.
Azvision.az