“Müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq” - Nazir

   “Müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq” -    Nazir
  13 Sentyabr 2020    Oxunub:18862
Məktəblərdə müəllimin dərs saatının azaldılması hesabına vakant yer yarada bilmərik.

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, məktəbdə müəllim hansısa səbəbdən işdən ayrılırsa, bu, həmin məktəbdə vakant yerin yaranması demək deyil.
“Biz yalnız vakant yerlərin sayına deyil, müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq. Bizim iki əsas məqsədimiz var. Bir məqsədimiz bacarıqlı, istedadlı gənc müəllimləri işə cəlb etməkdirsə, digər məqsədimiz müəllimlik peşəsində işləyən insanların əməkhaqqısının yüksək olmasıdır. Bu iki məsələ arasında çox ciddi əlaqə var. Müəllimin əməkhaqqı onun dərs dediyi saatlara bağlıdır. Bu saatların azaldılması hesabına biz vakant yer yarada bilmərik”, - deyə nazir vurğulayıb.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti