“Neftçi” “Qalatasaray”a qarşı bu heyətlə oynayacaq

“Neftçi” “Qalatasaray”a qarşı bu heyətlə oynayacaq
  14 Sentyabr 2020    Oxunub:3592
Bakının “Neftçi” klubu Avropa Liqasının II turunda Türkiyənin “Qalatasaray” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Azvision.az xəbər verir ki, siyahıda 25 futbolçu yer alıb. Heyətə qapıçılar - Səlahət Ağayev, Kamran İbrahimov, Aqil Məmmədov, müdafiəçilər - Cabir Əmirli, Mamadu Mboc, Rener Alves De Souza, nton Krivotsyuk, Voislav Stankoviç, Ömər Buludov, Tallison Dias, yarımmüdafiəçilər - Namik Ələskərov, Emin Mahmudov, Saman Nərimancahan, Fəhmin Muradbəyli, Yusuf Laval, Fərid Yusifli, Stiven Jozef-Monroz, Sabir Buqrin, Mamadu Kane, Vüsal Əsgərov, Əli Mürsəlov, İsmayıl Zülfüqarlı, hücumçular - Mirabdulla Abbasov, İbrahim Əliyev və Prins İbaranın adları daxil edilib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Azvision.az


Teqlər: Neftçi   Qalatasaray   UEFA  





Xəbər lenti