“Qarabağ” - “Molde” oyununu serbiyalılar idarə edəcək

Oyunun baş hakimi Scran Yovanoviç olacaq. Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.
Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ”- “Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da olacaq.
Azvision.az