Tikinti işçilərinin sayı artıb

Tikinti işçilərinin sayı artıb
  28 Yanvar 2014    Oxunub:1499
2013-cü ildə inşaat bölməsində çalışmış işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 100,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, tikinti sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 5,3 faiz artaraq 616,8 manat təşkil edib.

Mülki təyinatlı inşaat işlərində işləyən işçilərin əmək haqları 24,2 faiz, ixtisaslaşdırılmış tikinti işlərində 4,9 faiz, binaların tikintisində isə 0,6 faiz artıb.


Teqlər:





Xəbər lenti