Bu il neft məhsullarının ixracı azalıb

Bu il neft məhsullarının ixracı azalıb
  14 Sentyabr 2020    Oxunub:2462
Yanvar-avqust aylarında Azərbaycandan 20 milyon 746,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 793,2 milyon ABŞ dolları olub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 21 milyon 452,7 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 10 milyard 458,7 milyon dollar təşkil etmişdi.

Azvision.az



Teqlər: Neft   DGK  





Xəbər lenti