Karantin dövrünün ilk dərsi - FOTOSESSİYA

Karantin dövrünün ilk dərsi -  FOTOSESSİYA
  15 Sentyabr 2020    Oxunub:19909
Bu gündən Azərbaycanda yeni tədris ilinə start verilib. COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə “Bilik günü” qeyd olunmayıb.
Bu il ölkəmizdə 165 mindən çox uşaq birinci sinfə qədəm qoyur. Onlar üçün ilk zəng çalınaraq dərslərə başlanılıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənilir. Onlardan 733 min 279 nəfəri qız, 840 min 927 nəfəri oğlandır.

Ümumi təhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI sinfində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bu il I-IV siniflərdə ilk dərslər “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.

Azvision.az birincilərin ilk dərs günündən hazırladığı fotosessiyanı təqdim edir:



































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Məktəb   Dərs   Təhsil  





Xəbər lenti