Bakı yollarında vəziyyət necədir? - BNA açıqladı
Onun sözlərinə görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə svetoforlara "yaşıl dalğa" əmri tətbiq edilib, nəticədə səhər pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.
"Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb. Sıxlıqların qarşısının alınmasında göstərdikləri anlayışa və dəstəyə görə hərəkət iştirakçılarına təşəkkür edirik", - M.Ağayev qeyd edib.
Azvision.az