Naxçıvanda yüksək bal toplayanların sayı artıb

Naxçıvanda yüksək bal toplayanların sayı artıb
  15 Sentyabr 2020    Oxunub:3242
Naxçıvan Muxtar Respublikası məzunlarının buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artıb.
Azvision.az -ın məlumatına görə, 100-300 bal arası nəticə göstərən məzunların sayı 1490 nəfər olub ki, bu da ötən ildəki göstəricidən 10 faiz, yaxud 130 nəfər çox olub.

Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1437-si, yaxud 62 faizi 200 baldan yuxarı nəticə göstərib.

Muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplayıb ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-si Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-si Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar.

Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 10 faiz artaraq 110 olub.

Yüksək bal toplayan abituriyentlərdən 600-700 arası nəticə göstərənlərin sayı 57, 500-600 arası nəticə göstərənlərin sayı isə 218 olub.

Azvision.az


Teqlər: Naxçıvan   Təhsil  





Xəbər lenti