İqtisadi fəal əhalinin sayı artıb

  15 Sentyabr 2020    Oxunub : 2275
İqtisadi fəal əhalinin sayı artıb
Cari ilin sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 238,6 min nəfər olub, onlardan 4 884,7 min nəfərini məşğul əhali təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,91% artıb, məşğul əhalinin sayı isə 1,11% azalıb.

Cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri neft-qaz sektorunda 1 647,1 min nәfәr çalışıb.

Azvision.az

Teqlər: Statistika