“Yeni standartların hazırlanması və tətbiqi vacibdir” - Deputat

“Yeni standartların hazırlanması və tətbiqi vacibdir” -  Deputat
  16 Sentyabr 2020    Oxunub:3776
Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq, Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri müşahidə olunur.

"Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə yeni standartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədə uyğun olardı. Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunandır. Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir", - deyə deputat vurğulayıb.

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti