Qeyri-neft-qaz məhsullarının ixracı azalıb

Qeyri-neft-qaz məhsullarının ixracı azalıb
  16 Sentyabr 2020    Oxunub:1971
Yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni dövrü il müqayisədә faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollara bərabər olub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti