"Neftçi" "Qalatasaray"a qarşı

"Neftçi" "Qalatasaray"a qarşı
  17 Sentyabr 2020    Oxunub:4214
Bu gün Bakının “Neftçi” klubu Avropa Liqasında növbəti oyununa çıxacaq.
Azvision.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək k, “Neftçi”-“Qalatasaray” cütünün qalibi bu gün keçiriləcək "Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) oyununun qalibi ilə görüşəcək.

Azvision.az


Teqlər: Neftçi   Qalatasaray   Avroliqa  





Xəbər lenti