İmtahan nəticələrinin statistik göstəriciləri

İmtahan nəticələrinin statistik göstəriciləri
  17 Sentyabr 2020    Oxunub:3210
10 sentyabr 2020-ci ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1143 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 528 nəfər (46.2%) imtahanı müvəffəqiyyətlə verib.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, imtahanda iştirak edənlərdən 274 nəfər məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.
"Nəsimi" operası təqdim olunacaq

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 42 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 20 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 185 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 56 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 47 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 22 nəfər uğur əldə edib.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfər (44.2%) müvəffəqiyyət əldə edib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti