“Neftçi” və “Qalatasaray”ın rəhbərlikləri görüşdü

“Neftçi” və “Qalatasaray”ın rəhbərlikləri görüşdü
  17 Sentyabr 2020    Oxunub:4792
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də üz-üzə gələcək “Neftçi” və “Qalatasaray” klublarının rəhbərlikləri arasında görüş olub.
Azvision.az xəbər verir ki, görüşdən sonra hər iki klubun rəhbərliyi bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarına əsasən stadiona azarkeşlər buraxılmayacaq.



Azvision.az


Teqlər: Neftçi   Qalatasaray  





Xəbər lenti