V qrupda 133 plan yeri artırılıb

V qrupda 133 plan yeri artırılıb
  17 Sentyabr 2020    Oxunub:3498
Bu il V ixtisas qrupu üzrə 11 min 489 abituriyent, 2597 subbakalavr elektron ərizəsində yalnız V ixtisas qrupunu seçib. 46280 nəfər isə I və IV qrupla yanaşı öz ərizələrində V qrupu da qeyd edib.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, bu il V qrupa 3714 plan yerləri ayrılıb, keçən il isə bu rəqəm 3581 olub.

“Bu qrupda 133 plan yeri artırılıb. Bu il qabiliyyət imtahanların bəzi ixtisaslarda ləğv olunması bu qrupa marağı artırıb. Qabiliyyət imtahanları verilən ixtisaslarda plan yerlərinin sayı 1317-dir. 4467 nəfər qeydiyyatdan keçib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti