Fatih Terim Azərbaycana təşəkkür etdi

   Fatih Terim Azərbaycana təşəkkür etdi
  18 Sentyabr 2020    Oxunub:8782
Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu.
Azvision.az xəbər verir ki, bunu "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri oyundan (3:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
“Azərbaycanı öz məmləkətimiz hesab edirik” - Fatih Terim

Türkiyəli baş məşqçi Azərbaycana təşəkkür edərək bildirib: "Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi".

F.Terim "Neftçi"nin yaxşı komanda olduğunu vurğulayıb: "Yaxşı mübarizə apardılar. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və zəif oynasaydıq, sürpriz olardı".

Azvision.az


Teqlər:   FatihTerim  





Xəbər lenti