Qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi səngiyib

Qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi səngiyib
  18 Sentyabr 2020    Oxunub:2754
Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngiyib. Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi 2.5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1.7% olub.
Mərkəzi Bankdan Azvision.az -a verilən məlumata görə, real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunub.

İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcək.

Azvision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti