Cavid İmamverdiyev “Sumqayıt”a keçdi

Cavid İmamverdiyev “Sumqayıt”a keçdi
  18 Sentyabr 2020    Oxunub:5992
2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 2017/18 mövsümündə komandanın şərəfini qorumuş Cavid İmamverdiyevlə müqavilə imzalanıb.

Bu yay “Sabah”dan “Keşlə”yə keçən, lakin tezliklə oradan da ayrılan yarımmüdafiəçi yeni komandası ilə 1+1 illik sazişə qol çəkib. İmamverdiyev “Sumqayıt”da 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, C.İmamverdiyev 2017/18 mövsümündə “Sumqayıt”ın heyətində 28 oyun keçirib, 6 qola imza atıb. Futbolçu “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib.

Azvision.az


Teqlər: Sumqayıt   Klub  





Xəbər lenti