Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayır

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayır
  18 Sentyabr 2020    Oxunub:4464
Sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilir.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 20 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Azvision.az


Teqlər: Təhsil   Elm  





Xəbər lenti