Fransadan Azərbaycana yeni yük lokomotivləri gətiriləcək

 Fransadan Azərbaycana yeni yük lokomotivləri gətiriləcək
  19 Sentyabr 2020    Oxunub:3504
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən elektrik qatarları ilə yanaşı yeni lokomotivlər və texnikalar da alınır.
Qurumdan Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib kii, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Fransanın "Alstom" şirkətindən 40 ədəd dəyişən cərəyanlı, AZ-8 seriyalı yük və 10 ədəd ikisistemli, AZ-4 seriyalı sərnişin lokomotivlərinin alınması ilə əlaqədar sifariş olunub.

"Bunlardan 13 ədəd AZ-8 seriyalı yük və 10 ədəd AZ-4 seriyalı, ikisistemli sərnişin lokomotivləri ölkəyə gətirilib. 27 ədəd AZ-8 seriyalı yük lokomotovlərinin 2021-ci ilin sonuna kimi gətirilməsi planlaşdırılıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: ADY   Qatar   Lokomotiv  





Xəbər lenti