Erməni hakerlər Qırğızıstan KİV-nə hücum edib
Nüsrət Məmmədov Mərkəzi Asiya respublikalarında Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır və o, Tarix İnstitutu alimlərinin erməni saxtakarlarını ifşa edən fundamental araşdırmalarının Qırğızıstanda fəaliyyət göstərən turktoday.info və nazarnews.org saytlarında dərcinə yardım edir. İnstitut alimlərinin Qırğızıstandakı saytlarda indiyədək bu məqalələri dərc edilib: “Ermənilərin Qacarlar İranından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix””, “Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilib?”, “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər”, “Real tarix və “Böyük Ermənistan” uydurması”. Azərbaycan alimlərinin arxiv sənədlərinə əsaslanan məqalələri erməni millətçilərində ciddi narahatlıq doğurub. Ona görə də erməni hakerlər Qırğızıstan KİV-nə bir neçə dəfə hücum edərək, onları dağıdıblar. Hazırda isə N.Məmmədovun ciddi səyləri nəticəsində bu saytlar bərpa olunub və yenidən fəaliyyətə başlayıb.
Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” tərəfindən Tarix İnstitutu alimlərinin “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” və “Azərbaycan XVIII-XIX əsrlərdə” kimi fundamental tədqiqatları (rus dilində) nəşr olunub.
Azvision.az
Teqlər: Tarixİnstitutu