İxtisas seçimi bu gün başa çatır

İxtisas seçimi bu gün başa çatır
  20 Sentyabr 2020    Oxunub:4568
Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiqlənib.

2467 ərizə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

Qeyd edək ki, ixtisas seçimi sentyabrın 20-si saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Azvision.az


Teqlər: DİM   Abituriyent  





Xəbər lenti