Jurnalist olmaq istəyən 239 nəfər imtahana gəlmədi

Jurnalist olmaq istəyən 239 nəfər imtahana gəlmədi
  20 Sentyabr 2020    Oxunub:2300
Jurnalistika ixtisasına qəbul olmaq istəyən 962 abituriyent qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 239-u imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.

Xatırladaq ki, Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də qabiliyyət imtahanı keçirilib. Sentyabrın 15-də imtahanların nəticələri açıqlanıb.

Azvision.az


Teqlər: DİM   Jurnalistika  





Xəbər lenti