Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
  21 Sentyabr 2020    Oxunub:2170
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır. Namizədlər müsabiqədə iştirak etmək üçün sentyabrın 21-dən 25-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib. Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2019-cu ildә rezidenturaya qәbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları da təqdim olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını isə (pdf formatında) günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/ejurnal/).

Azvision.az




Teqlər: DİM   Rezidentura  





Xəbər lenti