Ermənistanda COVID-19-dan ölənlərin sayı artdı

Ermənistanda COVID-19-dan ölənlərin sayı artdı
  21 Sentyabr 2020    Oxunub:2855
Ermənistanda son sutka ərzində daha 121 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 47 552 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 936-ya çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 287 nəfərdir. İndiyədək 42 637 xəstənin sağaldığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti