Nordin Amrabat `La Liqa`ya keçdi

Nordin Amrabat `La Liqa`ya keçdi
  29 Yanvar 2014    Oxunub:1325
“Qalatasaray” komandasının futbolçusu Nordin Amrabat karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Nordin Amrabat karyerasını İspaniya La Liqasında davam etdirəcək.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “Malaqa” komandası 26 yaşlı yarımmüdafiəçini heyətinə cəlb edib. Mərakeşli futbolçu mövsümün sonunadək yeni komandasında icarə əsasında çıxış edəcəkdir. Anlaşmaya görə, İspaniya klubu bu keçid üçün “Qalatasaray”a heç bir məbləğ ödəməyəcək. Komanda mərakeşli futbolçunun 6 ay ərzində İstanbul təmsilçisindən alacağı maaşı öhdəsinə götürüb.

Qeyd edək ki, Mərakeş millisinin üzvü N.Amrabat 2012-ci ildə Türkiyə Superliqasının digər təmsilçisi “Kayserispor”dan “Qalatasaray”a transfer olunmuşdu.


Teqlər:  





Xəbər lenti