Azərbaycanda tikintiyə 11,9 milyard xərclənib

Azərbaycanda tikintiyə 11,9 milyard xərclənib
  29 Yanvar 2014    Oxunub:1509
Ötən il Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat həcmində vəsait yönəldilib, 11,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,1 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 25 faiz artıb.

Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 48,3 faizi, yaxud 8,6 milyard manat sərf olunub. Həmin vəsaitin 76,7 faizini və ya 13,7 milyard manatını daxili investisiyalar təşkil edib.



Teqlər:  





Xəbər lenti