İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.
Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır |
Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.
Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur. Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Azvision.az