25 min dollara pilotsuz avtomobil almaq mümkün olacaq

25 min dollara pilotsuz avtomobil almaq mümkün olacaq
  23 Sentyabr 2020    Oxunub:2340
Üç ildən sonra “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək.
Azvision.az xəbər verir ki, bunu “Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask bildirib.

Onun sözlərinə görə, yeni avtomobil “Tesla”nın hazırda istehsal etdiyi sedan Model 3-dən 12 min dollar ucuz olacaq.

Qeyd edək ki, “Tesla Motors” 2003-cü ildə elektromobillər və texnologiyalar istehsal edən şirkət kimi fəaliyyətə başlayıb.

Azvision.az


Teqlər: Tesla   Avtomobil  





Xəbər lenti