Məktəblər hansı halda bağlanacaq? - RƏSMİ

Məktəblər hansı halda bağlanacaq? -  RƏSMİ
  23 Sentyabr 2020    Oxunub:18366
Yeni tədris ili başlayandan bu günədək 105 şagird və 33 nəfər işçi heyətdə koronavirusa yoluxma aşkarlanıb. Sosial şəbəkələrdə artıq məktəblərin bağlanacağı ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilir.
Bəs yoluxmalar artacağı təqdirdə məktəblər bağlanacaqmı?

Təhsil Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Qərarla tənzimlənir.

“Qərarda qeyd olunur ki, kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir”, - deyə nazirlikdən bildirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Koronavirus  





Xəbər lenti