Piyadanı vurub qaçan sürücü tapıldı

  25 Sentyabr 2020    Oxunub : 1576
Piyadanı vurub qaçan sürücü tapıldı
Sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini M.Kərimova vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü, Seydan kənd sakini H.Fətəliyev müəyyən edilərək saxlanılıb.

Azvision.az

Teqlər: DİN