Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

  25 Sentyabr 2020    Oxunub : 1856
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan MDB ölkələrinə 880 milyon 596 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 82,8 milyon dollar çoxdur.

Qeyd edək ki, bu ilin 8 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 746,1 milyon dollar olub.

Azvision.az

Teqlər: BMT   Gömrük   Statistika