Rezidenturaya ixtisas seçiminin vaxtı uzadıldı

Rezidenturaya ixtisas seçiminin vaxtı uzadıldı
  26 Sentyabr 2020    Oxunub:2675
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, ixtisas seçimi 25 sentyabr 23:59-da başa çatmalı olsa da, 26 sentyabr saat 10:00-a qədər uzadılıb.

Namizədlər müsabiqədə iştirak etmək üçün internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün vəsait təqdim olunub - FOTOLAR

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Qeyd edək ki, 26 sentyabr saat 02:00-a olan məlumata görə, bu saata qədər ixtisas seçimi etmiş namizədlərin sayı 456-dır. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsinə aiddir.

Müsabiqəyə yalnız "Namizədin elektron ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.

Azvision.az



Teqlər: DİM   Rezidentura  





Xəbər lenti