552 məktəb direktoru vəzifəsi boşdur

 552 məktəb direktoru vəzifəsi boşdur
  26 Sentyabr 2020    Oxunub:3731
Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumata verilib.

Direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Namizədlər LİNK vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər.

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Direktor  





Xəbər lenti