Ölkəyə tapança keçirmək istədilər

Ölkəyə tapança keçirmək istədilər
  26 Sentyabr 2020    Oxunub:4026
Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarət xəttinə daxil olan"MAN" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, 2 ədəd "iPhone 11" markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində "ПМ49 CAL 177 4,5 mm" yazısı olan 1 ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində "Borner" yazısı olan 7 ədəd qaz balonu, 1 ədəd tapança darağı və üzərində "Borner Premium" yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti