`Toyota` 10 milyondan çox avtomobil istehsal edib

`Toyota` 10 milyondan çox avtomobil istehsal edib
  30 Yanvar 2014    Oxunub:1367
“Toyota” şirkəti 2013-cü ildə 10 milyondan çox avtomobil istehsal edib.
AzVision.az xəbər verir ki, Yaponiyanın tanınmış “Toyota” şirkəti 2013-cü ildə 10 milyondan artıq avtomobil istehsal edərək, dünyada bir il ərzində bu həddi keçən ilk avtomobil istehsalı şirkəti olub.

Şirkətin bəyan etdiyinə görə, onun “Daihatsu Motor” və “Hino Motors” şirkətlərin də daxil olduqları qrupu tərəfindən ümumilikdə ötən il 10 milyon 117 min ədəd avtomobil istehsal olunub.

Daxili istehsal 4 milyon 290 min ədəd təşkil etmişdir ki, bu da 2012-ci ildəkindən 3 faiz azdır. Lakin xaricdəki şirkətlərin istehsalı təqribən 6 faiz artmış və 5 milyon 830 min ədədə bərabər olmuşdur. ABŞ iqtisadiyyatının bərpası və Çində şirkətin avtomobillərinə tələbatın artması buna səbəb kimi göstərilir.

AzərTAc


Teqlər:  





Xəbər lenti