Əhalinin gəlirləri 8 faiz artıb

Əhalinin gəlirləri 8 faiz artıb
  30 Yanvar 2014    Oxunub:1198
İlkin hesablamalara görə 2013-cü ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata çatıb.
Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4039,6 manat və ya ayda 336,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək, 6,6 faiz olub.

Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

2013-cü ildə əhalinin sərəncamında qalan gəlir 34,5 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 8 faiz artıb.


Teqlər:  





Xəbər lenti