“Ərazilərin azad olunmasında iştirak etməyə hazırıq” - Ukrayna vətəndaşı

 “Ərazilərin azad olunmasında iştirak etməyə hazırıq” -  Ukrayna vətəndaşı
  29 Sentyabr 2020    Oxunub:4003
Ukrayna vətəndaşı Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir.

Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Ukrayna  





Xəbər lenti