Azərbaycanın milyardlıq Qars projesi

Azərbaycanın milyardlıq Qars projesi
  30 Yanvar 2014    Oxunub:1280
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti layihəsi başa çatmaq üzrədir. Bu istiqamətdə görülən işlərin 85 faizi yekunlaşıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə bu günə qədər təxminən 500 milyon dollar pul xərclənib. Dəmiryolu xətti ilə ilkin mərhələdə illik 1 milyon sərnişin və 6.5 milyon ton yük daşınacağı bildirilir.

Layihə çərçivəsində Azərbaycan dövləti tərəfindən Qarsda 30 hektarlıq ərazidə beynəlxalq səviyyədə yüksək xidmət göstərəcək böyük bir mərkəz inşa ediləcək. Azərbaycanın Qarsda quracağı həmin nəhəng mərkəzə yüzlərlə insan cəlb olunacaq. Bununla da Azərbaycan ehtiyacı olan malları, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyədən idxal edəcək.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin tamamlanması üçün Ankarada da böyük səy göstərilir. Layihənin həyata keçməsiylə Qars Türkiyənin ticarət mərkəzi olacaq. Avropadan Çinə dəmiryolu ilə yük daşınması həyata keçiriləcək. Bu Qars və bölgənin inkişafında əhəmiyyətli addımdır, Qarsın iqtisadiyyatı canlanacaq. Layihənin başa çatması ilə Qars çox sürətli şəkildə inkişaf edəcək, böyüyəcək və bölgənin ticarət mərkəzi olacaq. Bu il sonuna qədər dəmir yolu xətti tamamlanaraq istifadəyə veriləcək.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti