Üç rayonda məktəblərin fəaliyyəti dayandırılıb

Nazir qeyd edib ki, pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var: "Tədris planlarına əsasən təhsil müəssisələrində əyani təhsil həftədə 2, 3, 5 gün keçiriləcək və yaxud da tədris distant formada aparılacaq".
Onun szölərinə görə, bu gün Azərbaycandakı məktəblərin 2307-də şagird sayı 200-dən azdır: “Xüsusi məktəblər və internat tipli məktəblərdə uşaqların bir qismi yataqxanada qalır. Onların daha az ünsiyyətdə olmaları üçün qruplara bölünməklə həftədə 2 və ya 3 gün əyani dərs olacaq”.
Azvision.az
Teqlər: Təhsil